Ana Sayfa > Özəl > Reuters: Co Bayden Ukraynaya kömək etmək üçün Konqresə güzəştə getməyə hazırdır

Reuters: Co Bayden Ukraynaya kömək etmək üçün Konqresə güzəştə getməyə hazırdır


8-12-2023, 09:58. Yazar: sevinc1
Reuters: Co Bayden Ukraynaya kömək etmək üçün Konqresə güzəştə getməyə hazırdır

Agentliyin məlumatına görə, ABŞ səlahiyyətliləri sığınacaq üçün yoxlama standartlarını sərtləşdirməyə, sürətli ölkədən çıxarılma prosedurunu genişləndirməyə və üçüncü ölkələr vasitəsilə gələnlərə sığınacaq verilməsindən imtina etməyə razıdırlar.

Bayden daha əvvəl demişdi ki, respublikaçılar milli təhlükəsizliklə oynayırlar. ABŞ prezidenti sərhəd məsələsində güzəştə getməyə hazır olduğunu qeyd edib.

Bir gün əvvəl Senat Ukrayna və İsrailə maliyyə yardımı haqqında qanun layihəsini səsə qoyub. Təşəbbüs uğursuz oldu.

aia.az
Tərcümə şöbəsi
Geri dön