Ana Sayfa > Seçki 2024 > Naftalan şəhərində keçirilən aksiyada cəmi 4 müraciət ünvanlandı

Naftalan şəhərində keçirilən aksiyada cəmi 4 müraciət ünvanlandı


7-12-2023, 17:48. Yazar: sevinc1
Naftalan şəhərində keçirilən aksiyada cəmi 4 müraciət ünvanlandı

SOCAR-ın “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Naftalan şəhərində təşkil olunub.

aia.az xəbər verir ki, aksiyada 10-a yaxın vətəndaş iştirak etsə də, mikrofon önünə cəmi 4 nəfər çıxıb. 4 abonentdən isə yalnız 1 nəfər qaz təchizatında üzləşdiyi problemi səsləndirib. O da Namiq Qurbanovun həyətyanı sahəsindən keçən qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı ünvanladığı müraciət olub. Digər 3 abonent Birliyin operativ fəaliyyətinə görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər. Gəncə RQİİ-nin rəhbər şəxsləri səsləndirilən problem və təklifləri qeydiyyata alıblar.
Geri dön