Ana Sayfa > Manşet / Gündəm > "Əhalinin sıx toplaşdığı ərazilər, təhsil ocaqları nəzarətə götürülüb" -

"Əhalinin sıx toplaşdığı ərazilər, təhsil ocaqları nəzarətə götürülüb" -


7-12-2023, 12:39. Yazar: sevinc1
"Əhalinin sıx toplaşdığı ərazilər, təhsil ocaqları nəzarətə götürülüb" -

Zəlzələdıə sonra polis gücləndirilmiş iş rejiminə keçib. Bu dəqiqələrə qədər DİN-ə dağıntılarla bağlı məlumat daxil olmayıb.

aia.az xəbər verir ki, bunu dekabrın 7-də Xəzər dənizində baş vermiş zəlzələ ilə dair brifinqdə DİN-in Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib. O bildirib ki, əhalinin sıx toplaşdığı ərazilər, təhsil ocaqları zəlzələ baş verdiyi andan polis əməkdaşları tərəfindən nəzarətə götürülüb.

"Bütün zəruri addımlar atılıb. Vətəndaşları belə hallarda təmkinli olmağa çağırırıq", - deyə o qeyd edib.

Oğurluq hallarının olub-olmaması ilə bağlı sualı cavablandıran Elşad Hacıyev deyib ki, belə bir fakt qeydə alınmayıb.

aia.az

Geri dön