Ana Sayfa > Manşet / Ölkə > Azərbaycanda

Azərbaycanda


7-12-2023, 09:10. Yazar: sevinc1
Azərbaycanda

Bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitidası 5.6 olan zəlzələ baş verib.

Bu barədə aia.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.

Məlumata görə, zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub.

Zəlzələ ocağının dərinliyi 68 km olub..

Yeraltı təkanın episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

***

08:43

Xəzər dənizində zəlzələ olub.

aia.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 08:16 Xəzər dənizində qeydə alınıb.

Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.

***

08:20

Azərbaycanda zəlzələ olub.

Bu barədə aia.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələ yerli vaxtla 08:15-də baş verib.

İlkin məlumatlara görə, 5 bal gücündə olan zəlzələnin ocağı Xəzər dənizində yerləşib.

aia.az
Geri dön