Ana Sayfa > Özəl > Qaqauz muxtariyyətinin keçmiş rəhbəri: Sandu “siyasi inkvizisiya” yaradacaq
Qaqauz muxtariyyətinin keçmiş rəhbəri: Sandu “siyasi inkvizisiya” yaradacaq6-12-2023, 17:49. Yazar: sevinc1 |
Qaqauz muxtariyyətinin keçmiş rəhbəri, “Platform Moldova” müxalifət birliyinin rəhbəri İrina Vlah Moldova prezidenti Maya Sandu tərəfindən ölkədə “siyasi inkvizisiya” yaradacağını bildirib. Bu barədə o, Telegram kanalında yazıb.Vlahın sözlərinə görə, 2024-cü ildə Sandu parlamentin daha əvvəl yaradılmasına səs verdiyi yeni Strateji Kommunikasiyalar və Dezinformasiya ilə Mübarizə Mərkəzi vasitəsilə “cadugər ovu” təşkil edəcək. Vlah hesab edir ki, mərkəz internetdə hakimiyyətin tənqidlərini yatırtmaq üçün istifadə olunacaq. “Görünməmiş dərəcədə sərt senzura dövrü başlayır. Bu, qürur və paxıllıq üzündən bir çox avropapərəst partiyaları məhv edən Maia Sanduya böyük məmnunluq gətirəcək”, o yazıb. Bundan əvvəl etiraz edən fermerlər Moldova hakimiyyətini yalan və manipulyasiyada ittiham etmişdilər. aia.az Tərcümə şöbəsi Geri dön |