Ana Sayfa > Seçki 2024 > Şəhid Quluyev Mehtab Ənvər oğlunun məzarı ziyarət edilib

Şəhid Quluyev Mehtab Ənvər oğlunun məzarı ziyarət edilib


6-12-2023, 17:02. Yazar: sevinc1
Şəhid Quluyev Mehtab Ənvər oğlunun məzarı  ziyarət edilib

06.12.2023-ci il tarixində YAP Gədəbəy rayon təşkilatının sədr müavini Zaur Mehdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elçin Zeynalabdiyev, Gədəbəy rayon Cümə məscidinin imamı Rövşən Mustafayev eləcə də kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canından keçən Şəhidimiz- rayonun Kiçik Qaramurad kənd sakini Quluyev Mehtab Ənvər oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıdı, məzarı üzərinə gül dəsətələri düzüldü və ruhuna dualar oxunudu. Ailəsi ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənildi. Şəhid ailələri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!



Geri dön