Ana Sayfa > Özəl > "Roma" Joze Mourinyo ilə müqaviləni uzada bilər

"Roma" Joze Mourinyo ilə müqaviləni uzada bilər


6-12-2023, 16:09. Yazar: sevinc1
"Roma" Joze Mourinyo ilə müqaviləni uzada bilər

"Football Italia" xəbər verir ki, İtaliyanın "Roma" klubu portuqaliyalı baş məşqçi Joze Mourinyo ilə müqaviləni uzatmağı düşünür. 60 yaşlı mütəxəssisin romalılarla hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.
Mənbənin məlumatına görə, klub rəhbərliyi cari təqvim ilinin sonuna qədər Mourinyo ilə ilkin danışıqlar aparmağı planlaşdırır. Portuqaliyalı 2021-ci ildən "Roma"da çalışır. O, əvvəllər “Tottenhem”, “Çelsi”, “Real Madrid”, “İnter” və “Portu”da çalışıb. Mourinyo 2021/2022 mövsümündə romalılara Konfrans Liqasını qazanmağa kömək etdi.

Cari kampaniyada "Roma" 14 turdan sonra 24 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Növbəti daxili çempionat oyununda “qurdlar” doğma meydanda “Fiorentina” ilə qarşılaşacaq.

aia.az
Tərcümə şöbəsi
Geri dön