Ana Sayfa > Seçki 2024 > Qazaxda “Heydər Əliyev İli “ çərçivəsində növbəti tədbir keçirildi

Qazaxda “Heydər Əliyev İli “ çərçivəsində növbəti tədbir keçirildi


6-12-2023, 15:54. Yazar: sevinc1
Qazaxda “Heydər Əliyev İli “ çərçivəsində növbəti tədbir keçirildi

2023-cü il “Heydər Əliyev İli “ çərçivəsində 06 dekabr 2023-cü il tarixdə YAP Qazax rayon təşkilatı “Arkoz Qazax Sement zavodu” MMC ərazi partiya təşkilatında “Ümummilli Lider Heydər Əliyev bütün Türk dünyasının əbədiyaşar Lideridir!” mövzusunda tədbir keçirildi.
Əvvəlcə tədbir iştirakçıları “Arkoz Qazax Sement zavodu” MMC-də Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq Dahi Rəhbərə olan dərin hörmət və ehtiramlarını bildirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə “Arkoz Qazax Sement zavodu” MMC ərazi partiya təşkilatının sədri Nizami Zeynalov açaraq tədbirin məqsəd və məramı barədə məlumat verdi.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev geniş çıxış edərək bildirdi ki, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sərəncamı ilə 2023-cü il respublikamızda “Heydər Əliyev İli “ elan olunmuşdur. Bu məqsədlə Azərbaycana dost, qardaş olan ölkələrdə, respublikamızın hər yerində, eləcə də Qazax rayonunda da silsilə tədbirlər keçirilir.
Rayon təşkilatının sədri A.Nəbiyev Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından, misilsiz xidmətlərindən, titanik fəaliyyətindən ətraflı bəhs edərək, Ulu Öndər Heydər Əliyevin tək Azərbaycan xalqının deyil, bütün Türk dünyasının əbədiyaşar Lideri olduğunu xüsusilə vurğuladı. A.Nəbiyev qeyd etdi ki, illər, əsrlər ötsə də, nəsillər dəyişsə də Dahi Rəhbər Heydər Əliyev Azərbaycan xalqının tarixi yaddaşında əbədi yaşayacaq, onun siyasi kursu isə hər zaman dövlətimizi daha yüksək zirvələrə ucaldacaqdır. Natiq onu da da vurğuladı ki, Heydər Əliyev siyasi, iqtisadi, ideoloji məktəbinin layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan böyük inkişaf yolu keçir və beynəlxaq arenadakı mövqelərini daha da möhkəmləndirərək, hər gün yeni bir uğura, qələbəyə, nailiyyətə imza atır. Məhz, bu siyasi kurs nəticəsində Azərbaycan artıq dünyada güclü, qüdrətli bir dövlətə çevrilib.
Tədbirdə ərazi partiya təşkilatının sədr müavini Elvin Əmiraslanov, “Arkoz Qazax Sement zavodu” MMC-nin direktoru Murat Cağlayan çıxış edərək, Ulu Öndər Heydər Əliyevin misilsiz fəaliyyətindən, müstəsna xidmətlərindən, apardığı məqsədyönlü, vacib islahatlardan ətraflı danışdılar. Natiqlər Azərbaycanın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan türkdilli dövlətlər ilə qardaşlıq münasibətlərindən, müttəfiqliyindən, qarşılıqlı əməkdaşlığından da geniş bəhs etdilər.
Sonda partiya veteranı, şair Kazım Kazımlı, Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Səadət Pirməmmədova və Fəridə Kazımlı Ümummilli Lider Heydər Əliyevə və Türkiyə - Azərbaycan dostluğuna, qardaşlığına həsr olunmuş şeirlər səsləndirdilər.
Geri dön