Ana Sayfa > Parlament / Özəl > Yeni təyinat
Yeni təyinat5-12-2023, 22:22. Yazar: sevinc1 |
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin 16 noyabr 2023-cü il tarixli əmri ilə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinə Əliyev Mehman Qaraxan oğlu direktor təyin olunmuşdur. MEHMAN QARAXAN OĞLU ƏLİYEV 30 aprel 1957-ci ildə Astara rayonunun Şiyəkəran kəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə aldıqdan sonra 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (Keçmiş APİ–nin) filologiya fakültəsinə daxil olmuş, 1979–cu ildə təhsilini başa vuraraq təyinatla Astara rayonu Kakalos kənd orta məktəbində ixtisasım üzrə müəllim işləməyə başlamışdır. 1981-84-cü illərdə Astara rayonu Şiyəkəran kənd 1 saylı tam orta məktəbdə müəllim, 1984-87-ci illərdə direktor müavini, 1987-2001-ci illərdə müəllim işləmişdir. 22 yanvar 2001-ci ildən 10 may 2001-ci il tarixinə qədər Astara Rayon İcra Hakimiyyəti aparatının Təhsil, səhiyyə və mədəniyyət şöbəsində referent, 10 may 2001-ci ildən 2006-cı ilə qədər Şiyəkəran kənd 1 saylı tam orta məktəbində direktor, 2006-2019-cu illərdə müəllim işləmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 3 iyul 2013–cü il tarixli qərarı ilə “Molla Vəli Vidadinin poetik irsi” mövzusunda dissertasiya müdafiə edərək filologoya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2019-cu ildən Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının baş müəllimidir. 02 noyabr 2020-ci ildən 16 noyabr 2023-cü ilədək AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi vəzifəsində işləmişdir. 2018-ci ildən elmlər doktorluğu proqramı üzrə Azərbaycan Dillər Universitetinin doktoranturasında təhsilini davam etdirir, “Müstəqillik dövrü Azərbaycan nəsrinin bədii-estetik özünəməxsusluğu və inkişaf istiqamətləri” mövzusunda dissertasiya üzərində işləyir. “Mirzə Cəlil yanğısı” kitabım Azərbaycan Dillər Universiteti Elmi Şurasının 11 noyabr 2020-ci il tarixli (protokol №06) qərarına əsasən ali məktəblərin müəllim və tələbələri üçün dərs vəsaiti kimi təsdiq olunmuşdur. 2005-ci ildə “Beynəlxalq sənət mükafatı”, 2007-ci ildə “Birlikdə yaşamaq sənəti və Mövlanə” Beynəlxalq müsabiqəsinin laureatı, 2011-ci ildə “Vətənpərvərlik mövzusunda ən yaxşı poema” müsabiqəsinin, 2013-cü ildə “Məmməd Araz” mükafatı, 2014–cü ildə “Vətənpərvərlik mövzusunda ən yaxşı şeir” müsabiqəsinin, 2015–ci ildə “Beynəlxalq Səməd Behrəngi Ədəbi Mükafatı”nın qalibidir. 2017–ci ildə “Fəxri mədəniyyət işçisi”, 2019–cu ildə “AMEA-nın fəxri fərmanı”, “İlin ədəbiyyat adamı” və “Prezident mükafatçısı” adlarına layiq görülmüşdür. 8 kitabın müəllifidir. Beynəlxalq “Multikulturalizm” jurnalı redaksiya heyətinin, 2001–ci ildən YAP–ın üzvüdür. 2003–2016–cı illərdə 76 saylı Lənkəran–Astara seçki dairəsi üzrə məntəqə sədri olmuşdur. Ailəlidir. 2 övladı var. aia.az Geri dön |