Ana Sayfa > Özəl > Medvedev Bayden, Şolz və Makronun şəkli ilə Kiyevin maliyyələşdirilməsi ilə bağlı zarafat edib
Medvedev Bayden, Şolz və Makronun şəkli ilə Kiyevin maliyyələşdirilməsi ilə bağlı zarafat edib4-12-2023, 15:40. Yazar: sevinc1 |
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərb ölkələrinin Ukraynaya yardımına həsr olunmuş yeni mem dərc edib. Görüntü onun şəxsi Telegram kanalında yayılıb.Neyron şəbəkənin yaratdığı şəkildə siz üç dövlətin başçısını - ABŞ prezidenti Co Bayden, Almaniya kansleri Olaf Şolz və Fransa lideri Emmanuel Makronu görə bilərsiniz. Eyni zamanda Almaniya hökumətinin sədri yeməklərlə dolu bayram süfrəsi arxasında əyləşir, Ağ Evin sahibi sahil boyu gəzir, Fransa prezidenti isə şampan içməyə hazırlaşır. Şəkildə "Bütün düşüncələrimiz səninlədir, Ukrayna", - yazılıb. Lakin Medvedev şəklə başqa heç bir şərh əlavə etməyib. Noyabrın 17-də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini də sosial şəbəkələrdə Ukrayna hakimiyyətinin Qərb ölkələrindən dəstəyi ilə bağlı mem dərc edib. Həmin vaxt şəkil Amerika rəhbərliyinin Kiyevin maliyyələşdirilməsi ilə bağlı bəndi olmayan büdcə qəbul etmək qərarına həsr olunmuşdu. İllüstrasiyada iki personaj göstərilir - onlardan biri kədərli sifətlə pulun harada olduğunu soruşur. Öz növbəsində ikincisi, internet istifadəçiləri arasında Trollface kimi tanınan üzündə bədxah ifadə ilə həmsöhbətə gələn il vəsait ayıracağına “söz verir”. Bundan əvvəl Rusiya Federasiyasının Təhlükəsizlik Şurası Ukraynanın hazırkı prezidenti Vladimir Zelenskinin taleyini proqnozlaşdırmışdı. aia.az Tərcümə şöbəsi Geri dön |