Ana Sayfa > Özəl > Litva, Latviya və Polşa başçıları Lukaşenko ilə “ailə şəkli” çəkməkdən imtina ediblər
Litva, Latviya və Polşa başçıları Lukaşenko ilə “ailə şəkli” çəkməkdən imtina ediblər1-12-2023, 16:31. Yazar: sevinc1 |
Litva, Latviya və Polşa prezidentləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Dubayda keçirilən iqlim sammitində Belarus prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə birgə foto çəkilişdə iştirakdan imtina ediblər. Bu barədə LRT məlumat yayıb. Litvanın rəhbəri Gitanas Nausedanın sözlərinə görə, Belarus “gələcək dünyanın məhvinə” töhfə verir. “Buna ailə şəkli deyilir. Lukaşenko bizim aid olmaq istədiyimiz ailəyə aid deyil”, – o əlavə edib. Bundan əvvəl Litva, Latviya və Estoniyanın xarici işlər nazirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçiriləcək iclasında iştirakdan imtina ediblər. aia.az Tərcümə şöbəsi Geri dön |