Ana Sayfa > Özəl > Hindistan Rusiyadan ucuz neft alışını artırıb

Hindistan Rusiyadan ucuz neft alışını artırıb


1-12-2023, 14:46. Yazar: sevinc1
Hindistan Rusiyadan ucuz neft alışını artırıb

Hindistan keçən ay Rusiya və İraqdan ucuz neft idxalını kəskin şəkildə artırıb.
Məlumata görə, Rusiyadan Hindistana yanacaq tədarükü oktyabr ayından 9,7% artaraq sutkada 1,74 milyon barelə, İraqdan isə 22% artaraq 1,03 milyon barrelə çatıb ki, bu da 2022-ci ilin mayından bəri ən yüksək göstəricidir.

Analitiklər iddia edirlər ki, Hindistana neft məhsullarının idxalının artmasına neft emalı şirkətlərinin satış həcminin artması hesabına mənfəətini ən azı bir qədər də artırmaq istəyi səbəb olub.Kpler-in əmtəə üzrə aparıcı eksperti Viktor Katona, "Asiyanın ən mürəkkəb neft emalı zavodlarında belə marjaların barreli üçün 7-8 dollar olduğu halda, əlavə qazancın hər qəpiyi vacibdir" dedi.

Noyabrın 30-da keçirilən iclasda OPEC+ alyansı təşkilatın bütün üzvləri üçün gündəlik neft hasilatının əlavə olaraq 1 milyon barel azaldılmasına razılıq verib. Ekspertlərin fikrincə, bu qərarı alyans neft bazarına nəzarəti saxlamaq üçün verib

aia.az
tərcümə şöbəsi
Geri dön