Ana Sayfa > Özəl > Hollandiyada Rusiya Federasiyasına qarşı sanksiyaların ləğvinin tərəfdarı olan tərəf qalib gəlib
Hollandiyada Rusiya Federasiyasına qarşı sanksiyaların ləğvinin tərəfdarı olan tərəf qalib gəlib1-12-2023, 14:19. Yazar: sevinc1 |
Hollandiyada Rusiyaya qarşı sanksiyaların ləğvinin tərəfdarı olan Geert Vildersin rəhbərlik etdiyi ifrat sağçı Azadlıq Partiyası (PVV) parlament seçkilərində qalib gəlib, RİA Novosti ölkənin Seçki Şurasının açıqladığı yekun seçki nəticələrinə istinadən xəbər verir. Partiyanın Ukraynaya silah tədarükünü bəyənmədiyi də məlumdur. 26 siyasi partiyanın iştirak etdiyi səsvermə noyabrın 22-də keçirilib.Seçki Şurasının sədri Vim Kuyken bildirib ki, Azadlıq Partiyası parlamentdə 37 yer qazanıb. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Moskva və Amsterdam arasında münasibətlərin mümkün yaxşılaşması barədə yalnız Rusiya Hollandiyanın yeni hakimiyyət orqanlarının konkret addımlarını gördükdə danışmaq olar. Onun sözlərinə görə, seçilmiş hakimiyyət öz koalisiyasını yaratmalıdır ki, bu da xarici siyasətin gələcək kursunu müəyyən edəcək.Bundan əvvəl Hollandiyanın müdafiə naziri Kaysa Ollonqren bildirib ki, Hollandiyada keçirilən parlament seçkilərində ifrat sağçı Azadlıq Partiyasının (PVV) qələbəsindən sonra bu ölkə Ukraynaya F-16 qırıcıları və digər hərbi yardımların verilməsindən imtina edə bilər. O qeyd edib ki, Qərb PVV-nin keçmişdə “Rusiyayönlü baxışları” olmasından çox narahatdır. aia.az Tərcümə şöbəsi Geri dön |