Ana Sayfa > Siyasət > Səməd Seyidov AŞPA-nın komitə iclasında iştirak edəcək

Səməd Seyidov AŞPA-nın komitə iclasında iştirak edəcək


1-12-2023, 11:38. Yazar: sevinc1
Səməd Seyidov AŞPA-nın komitə iclasında iştirak edəcək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Romada Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin iclasında iştirak edəcək.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov komitənin işində iştirak etmək üçün dekabrın 2-də İtaliyanın Roma şəhərinə səfər edəcək.

Səfər dekabrın 7-də başa çatacaq.

aia.az
Geri dön