Ana Sayfa > Siyasət / Özəl > Gülər Sultanzadə : “Qarabağ Universitetinin yaradılması tarixi ədalətin bərqərar olunması baxımından da böyük mənəvi dəyər kəsb edir.”
Gülər Sultanzadə : “Qarabağ Universitetinin yaradılması tarixi ədalətin bərqərar olunması baxımından da böyük mənəvi dəyər kəsb edir.”1-12-2023, 10:23. Yazar: sevinc1 |
“44 günlük Vətən müharibəsində qazanılmış böyük qələbədən sonra əsas məsələ işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın təmin olunması, mükəmməl infrastrukturun yaradılmasıdır.Məlumdur ki, "Böyük Qayıdış" dövlət proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdacaq sakinlərin evlərlə, həmçinin işlə və bunlara paralel olaraq onların təhsil almaq hüququnun təmin edilməsinə ciddi fikir verilir. Ona görə də Qarabağ və işğaldan azad olunmuş digər ərazilərdə universitetlərin, müxtəlif təhsil ocaqlarının yaradılması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri hesab olunur. Cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Qarabağ Universiteti publik hüquqi şəxs yaradılır. Bir zamanlar Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi fəaliyyət göstərən və ərazilərimizin işğalı zamanı fəaliyyətini dayandıran bu ali təhsil ocağının şanlı Zəfər tariximizdən sonra Qarabağda ilk universitet olaraq yenidən qurulması mühüm sosial-siyasi əhəmiyyət daşımaqla yanaşı, tarixi ədalətin bərqərar olunması baxımından da böyük mənəvi dəyər kəsb edir.” Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib. Müsahibimiz qedy edib ki, “Qarabağ Universitetinin yaradılması prosesində regionun coğrafi mövqeyi, sosial-iqtisadi ehtiyacları, regional xüsusiyyətləri şübhəsiz ki, nəzərə alınacaq. Qarabağ Universitetinin dünya miqyasında qəbul edilən, tanınan ali təhsil müəssisəsi olması çox önəmlidir. Ona görə ki, dünya təhsil məkanında Qarabağ adı Azərbaycan adına əbədi olaraq möhürlənmiş olacaq.Qeyd etmək lazımdır ki, bu təhsil ocağı 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi zaman Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə ümumiyyətlə, fəaliyyətini dayandırıb. İndi həmin əsas üzərində fəaliyyətin yenidən bərpası regionun inkişafında mühüm amil olacaqdır. Universitetin yaradılması, region üçün ixtisaslı kadrların hazırlanması həm də gənclərin regionda məskunlaşması, məşğulluq probleminin həlli üçün mühüm əhəmiyyətə malik olacaqdır.” Gülər Sultanzadə sonda qeyd edib ki, “Xankəndidə Qarabağ Universitetinin yaradılması təkcə elmi deyil, eləcə də siyasi baxımdan əhəmiyyətlidir. Adıçəkilən təhsil ocağının fəaliyyətə başlamasından və onun 5-10 illik fəaliyyətindən sonra biz Qarabağ Universitetinin əhəmiyyətini, Azərbaycan üçün verəcəyi faydaları görəcəyik.” Geri dön |