Ana Sayfa > Təhsil > "Təhlükəli vəziyyət yaranarsa, məktəblər bir-iki həftəlik bağlana bilər" -
"Təhlükəli vəziyyət yaranarsa, məktəblər bir-iki həftəlik bağlana bilər" -30-11-2023, 17:21. Yazar: sevinc1 |
"Hazırda əlimizdə olan məlumatlara əsasən, məktəblərdə qızılca ilə bağlı qapanmanın tətbiqi gözlənilmir". aia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, əgər təhlükəli vəziyyət yaranarsa, məktəblərdə bir, yaxud ikihəftəlik qapanmalara gedilə bilər. “Məktəblərdə Səhiyyə Nazirliyinin və Gigiyena və Epidemiologiya mərkəzlərinin statistikasına əsasən, xəstəliyə yoluxma halları azdır. Əgər valideyn övladında xəstəlik əlamətləri müşahidə edirsə, onun poliklinikaya müraciət etməsi tövsiyə olunur. Hazırda əksər məktəblərdə xəstəliyə yoluxma ilə bağlı hansısa ciddi problem müşahidə etmirik. Valideynin övladını peyvənd etdirməsini tövsiyə edirik. Şagirdlərin qısa zaman ərzində, xüsusilə də aşağı yaşlarda peyvənd olunmasını sürətləndirmək lazımdır”. aia.az Geri dön |