Ana Sayfa > Siyasət > Ceyhun Bayramov isveçli həmkarı ilə görüşüb
Ceyhun Bayramov isveçli həmkarı ilə görüşüb30-11-2023, 16:18. Yazar: sevinc1 |
![]() Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveçin XİN rəhbəri Tobias Billström ilə görüşüb. aia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı “X” platformasında paylaşım edib. “Biz Azərbaycan-İsveç ikitərəfli əməkdaşlığının daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq. Mən son regional vəziyyət və Azərbaycanın sülh və sabitliyə baxışı barədə həmkarımı məlumatlandırdım”, - nazir deyib. Qeyd edək ki, görüş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (ATƏT Xarici İşlər Nazirləri Şurasının) iclası çərçivəsində baş tutub. aia.az Geri dön |