Ana Sayfa > Özəl > İsrailin baş naziri Netanyahu Qüdsdəki terror aktında HƏMAS-ı günahlandırıb

İsrailin baş naziri Netanyahu Qüdsdəki terror aktında HƏMAS-ı günahlandırıb


30-11-2023, 13:53. Yazar: sevinc1

İsrailin baş naziri Netanyahu Qüdsdəki terror aktında HƏMAS-ı günahlandırıb

İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin Həmas qruplaşmasını Qüdsdə baş verən terror aktında, həmçinin Qəzza zolağı və İordan çayının qərb sahilində baş verən hadisələrdə əli olmaqda ittiham edib. Bu barədə İsrailin “Yedioth Ahronoth” xəbər saytı məlumat yayıb.
“Həmas terrorçularının hər biri Qüdsdə, Qəzzada, İordan çayının qərb sahilində, hər yerdə ölüm oğludur”, - Netanyahu bildirib.

O, terrorçuların məhv edilməsində köməklik göstərən mülki şəxslərə və əsgərlərə çox minnətdar olduğunu bildirib. Netanyahu vurğuladı ki, o, silah daşıyan mülki şəxslərlə bağlı qanunun genişləndirilməsi üçün səy göstərməyə davam edəcək, çünki bunun effektivliyi sübuta yetirilib.

Noyabrın 30-da səhər saatlarında iki terrorçu Qüdsün girişi yaxınlığındakı avtobus dayanacağında dayanan insanlara atəş açıb. Onlar yaxınlıqda olan iki əsgər və bir mülki şəxs tərəfindən məhv edilib. Daha sonra onların Şərqi Qüdsdəki Sur Baherdən olan iki qardaş - 30 yaşlı İbrahim Nemer və 38 yaşlı Murad Nemer olduğu müəyyən edilib. İsrail mediasının məlumatına görə, onlar HƏMAS-la əlaqəli olublar.

aia.az
Tərcümə şöbəsi
Geri dön