Ana Sayfa > Şou-biznes / Aia TV / Karusel > Dünyanı ağladan fotoya görə 4 nəfər həbs olundu
Dünyanı ağladan fotoya görə 4 nəfər həbs olundu4-09-2015, 00:32. Yazar: admin |
Suriyalı qaçan ailələrin mindiyi gəminin batmasına görə cinayət işi açılıb. Aia.az xəbər verir ki, aralarında 3 yaşlı Aylan Kurdinin də olduğu 12 nəfərin ölümünə səbəb olan faciə ilə bağlı Türkiyə polisi əməliyyata başlayıb. Əməliyyat nəticəsində 4 suriyalı şəxs həbs olunub. Qeyd edək ki, Suriyadakı daxili müharibə və İŞİD qətliamı Aylan və ailəsinin Kobanidən Avropaya sığınmaq üçün yola çıxmağa məcbur edib. Gəminin qəzaya uğraması nəticəsində 3 yaşlı Aylan və ondan bir yaş böyük qardaşı Qalib dənizdə batıb. Hər iki qardaşın cəsədini dalğalar Türkiyənin Bodrum sahillərində quruya çıxarıb. Bütün dünya bu dəhşətli faciədən danışır. Geri dön |