Ana Sayfa > Siyasət > Ceyhun Bayramov Şimali Makedoniyaya getdi
Ceyhun Bayramov Şimali Makedoniyaya getdi30-11-2023, 09:50. Yazar: sevinc1 |
![]() Noyabrın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə işgüzar səfərə yola düşüb. Bu barədə aia.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib. Məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub. aia.az Geri dön |