Ana Sayfa > Manşet / Siyasət > Prezidentdən 4.5 milyon manatlıq
Prezidentdən 4.5 milyon manatlıq29-11-2023, 13:56. Yazar: sevinc1 |
![]() Suqovuşan-Kəlbəcər-Ağdərə-Ağdam avtomobil yolu yenidən qurularaq bərpa olunur. aia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, otuz üç kilometr uzunluğu olan Suqovuşan-Kəlbəcər (9 km)-Ağdərə-Ağdam avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 4,5 milyon (dörd milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. aia.az Geri dön |