Ana Sayfa > Özəl > Bloomberg: Harris və Blinken Baydenin əvəzinə Dubayda iqlim konfransına gedəcəklər
Bloomberg: Harris və Blinken Baydenin əvəzinə Dubayda iqlim konfransına gedəcəklər29-11-2023, 09:59. Yazar: sevinc1 |
ABŞ-ın vitse-prezidenti Kamala Harris və dövlət katibi Entoni Blinken Dubayda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin Konfransında iştirak edəcəklər; ABŞ prezidenti Co Bayden forumda iştirak etməyi planlaşdırmır. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, Harrisin bu həftə BƏƏ-yə gəlməsi və sammitdə çıxış etməsi planlaşdırılır. Noyabrın 30-dan dekabrın 12-dək keçiriləcək konfransda Harris və Blinkendən başqa ABŞ-ın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Con Kerri də iştirak edəcək. Ağ Ev agentliyin məlumatını şərh etməyib. aia.az Tərcümə şöbəsi Geri dön |