Ana Sayfa > İdman > Çempionlar Liqası:

Çempionlar Liqası:


29-11-2023, 09:54. Yazar: sevinc1
Çempionlar Liqası:

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulacaq.

aia.az xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İstanbulda İngiltərənin "Mançester Yunayted" komandasını qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. A qrupunun digər matçında "Bavariya" Almaniyada Danimarkanın "Kopenhagen" kollektivini sınağa çəkəcək.

Bugünkü oyunlardan sonra İngiltərənin "Arsenal", İtaliyanın "Napoli" və Niderlandın PSV klubları 1/8 finala vəsiqəni rəsmiləşdirə bilərlər.

UEFA Çempionlar Liqası
V tur
29 noyabr
A qrupu
21:45. "Qalatasaray" (Türkiyə) - “Mançester Yunayted” (İngiltərə)
00:00. “Bavariya” (Almaniya) - “Kopenhagen” (Danimarka)
Xal durumu: “Bavariya” – 12, “Kopenhagen” – 4, “Qalatasaray” – 4, “Mançester Yunayted” – 3.

B qrupu
21:45. “Sevilya” (İspaniya) - PSV (Niderland)
00:00. “Arsenal” (İngiltərə) - “Lans” (Fransa)
Xal durumu: “Arsenal” – 9, PSV – 5, “Lans” – 5, “Sevilya” – 2.

C qrupu
00:00. “Braqa” (Portuqaliya) - “Union” (Berlin, Almaniya)
00:00. “Real” (İspaniya) - “Napoli” (İtaliya)
Xal durumu: “Real” – 12, “Napoli” – 7, “Braqa” – 3, “Union” – 1.

D qrupu
00:00. “Benfika” (Portuqaliya) - “İnter” (İtaliya)
00:00. “Real Sosyedad” (İspaniya) - “Zaltsburq” (Avstriya)
Xal durumu: “Real Sosyedad” – 10, “İnter” – 10, “Zaltsburq” – 3, “Benfika” – 0.

aia.az
Geri dön