Ana Sayfa > Özəl / Seçki 2024 > Ermənisatan kimi ölkəyə, sözün əsl mənasında müstəqil ölkə demək olmaz

Ermənisatan kimi ölkəyə, sözün əsl mənasında müstəqil ölkə demək olmaz


28-11-2023, 16:40. Yazar: sevinc1
Ermənisatan kimi ölkəyə, sözün əsl mənasında müstəqil ölkə demək olmaz

Ermənistanın siyasəti həmişə xarici dövlətlərin maraqlarına xidmət edib. Məhz buna görə də Ermənistanın normal siyasi xətti olmayıb və olmayacaq da.
Onlar mövcud siyasi reallıqla nə qədər manipulyasiya etməyə çalışsalar da, müstəqil qərar qəbul etmək gücündə deyillər.
Ermənistanın tarixə söykənməyən dövlət tarixi kimi, Ermənistandakı rəhbər hakimiyyət də saxta, hərbi xunta yolu və hegemon dövlətlərin diktəsi ilə rəhbərliyə gəlib.
Hal-hazırda Ermənistandakı siyasi proseslər digər dövlətlər tərəfindən qəbul edilir və Ermənistan hakimiyyəti buna tabe olmaq məcburiyyətindədir.
Bəzi xarici ölkələrdə erməni lobbisindən başqa, Ermənistanı dəstəkləyən iki qüvvə mövcuddur.
Birincisi, sağçı xristian qruplarıdır. Bu qrup üçün Ermənistanın xristian bir ölkə olması bəs edir. Onlar belə düşünürlər ki, ən əsası da qarşı tərəf müsəlmandırsa, xristianları həmişə dəstəkləmək lazımdır.
Bəzi bizə dost olmayan dövlətlərin Azərbaycana qarşı hazırkı bu mənfi mövqeyi bugünkü vəziyyətlə bağlıdır. Qələbəmizlə barışmayan, daha doğrusu Şanlı Zəfərimizi həzm edə bilməyən bəzi ölkələr var. Bu isə ən çox islamofobiya, həm türkofobiya motivləri ilə bağlıdır.
İkinci qrup isə solçulardır. Onlar isə düşünür ki, Ermənilərdən Türkiyə və türkdilli xalqlara qarşı istifadə etmək olar.
Erməni ideyasının mahiyyəti “böyük ermənistan”ın yaradılmasıdır. Bu, tamamilə irqçi, millətçi layihə olması göz önündə olsa da, mahiyyətinə baxmadan bəzi ölkələr dəstəkləyirdilər.
İkinci Qarabağ müharibəsi və sentyabrdakı antiterror tədbirləri, onların planlarını darmadağın etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün ağlı, iti zəkası və qətiyyəti  ilə dünyanın mahir siyasətçilərindən biri olduğunu dünyaya sübut edib. Ermənistanın qeyri-konstruktiv mövqe tutduğunu, tutarlı faktlarla göstərmiş, N.Paşinyanın iddialarının əsassızlığını sübut edərək onu miskin siyasi vəziyyətə salmışdır.
Son hadisələr bir daha subut etdi ki, Ermənistanın gələcəyi yoxdur. Bunu açıq şəkildə ermənilər də etiraf edir. Niyə? Ona görə ki, müstəqil bir dövlət deyil, müstəqil siyasət yoxdu, dövlət və dövlətçilik tarixi olmayan bir dövlət həmişə hər hansı bir ölkənin arxasında gizlənməyə çalışır. Həmin qüvvələr də nə deyirsə, onunla razlaşır.
Qürur doğuran haldır ki, Azərbaycanımıza praqmatik düşüncəli, vətənpərvər lider rəhbərlik edir. Cənab İlham Əliyevin yeni dünya nizamını düzgün qiymətləndirməsi, qlobal proseslərə xalqının mənafeyinə uyğun nüfuz etmək bacarığı, Azərbaycanın qısa zamanda bölgədə və bütövlükdə Avropa məkanında nüfuzlu dövlətə çevirməsini təmin edib.
Cənab Prezident ümumbəşəri məsələlərə olduqca həssas yanaşır. İlham Əliyev dünya çapında qəbul edilən və etimad göstərilən siyasi liderlerdən biridir.
Müzəffər Ali Baş Komandanımız, 44 günlük Vətən müharibəsi dövründə də bütün siyasi təzyiqlərə və təhdidlərə sinə gərməyi bacardı.
Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq tarixi Qələbə qazandıq.
Dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi və bu gün biz qəhrəman xalq kimi başımız ucadı!

Azərbaycan Universiteti,
Qurbanlı Elmir
Geri dön