Ana Sayfa > Siyasət > Milli Şura dini və dindarları siyasi mübarizə alətinə çevirib
Milli Şura dini və dindarları siyasi mübarizə alətinə çevirib17-09-2016, 17:31. Yazar: admin |
Milli Şuranın bugünkü mitinqində radikal islamçıların ideoloqlarından biri, İslam partiyasının funksioneri Rövşən Əhmədov hazırda Nardaran hadisələrinə görə həbs olunmuş Tale Bağırzadənin müraciətini oxuyub. T.Bağırzadə faktiki olaraq əhalini müqavimətə, itaətsizliyə, qarşıdurmaya çağırıb. Aia.Az sia.az-a istinadən bildirir ki, maraqlıdır ki, Milli Şuranın mitinqində terrorda günahlandırılan, 7 nəfərin ölümünə səbəbkar olan şəxsin çıxışı və radikal çağırışları səsləndirilir. Ümumiyyətlə, Milli Şuranın mitinqi daha çox dini çalarlarla fərqlənib, hər çıxışdan sonra "Allahu Əkbər" sədaları eşidilib. Milli Şura bununla din faktorundan geniş istifadə etdiyini, dini və dindarları siyasi mübarizə alətinə çevirdiyini açıq nümayiş etdirib. Geri dön |