Ana Sayfa > Karusel / Siyasət > İlham Əliyev Blinkenin qarşısına şərt qoydu

İlham Əliyev Blinkenin qarşısına şərt qoydu


28-11-2023, 11:14. Yazar: sevinc1
İlham Əliyev Blinkenin qarşısına şərt qoydu

Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

aia.az xəbər verir ki, telefon söhbəti zamanı Dövlət katibi Blinken ABŞ-Azərbaycan münasibətlərinin normallaşdırılması məqsədilə dekabrda köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib.

Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.

aia.az
Geri dön