Ana Sayfa > Siyasət / Özəl > Qarşılıqlı əlaqələrimiz güclənir
Qarşılıqlı əlaqələrimiz güclənir28-11-2023, 10:01. Yazar: sevinc1 |
![]() Azərbaycan-İraq əlaqələrinin genişləndirilməsi sahəsində böyük imkanlar və potensial vardır. İraq yaxın gələcəkdə Azərbaycanın apardığı xarici siyasət xəttində prioritet istiqamətlərdən biri ola bilər. Yuxarıda göstərilən amil nəinki iqtisadi potensiala, həmçinin, ortaq dəyərlərə əsaslanır, eyni zamanda, İraqın beynəlxalq təşkilatlar, xüsusilə də, İKT çərçivəsində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün aradan qaldırılması, işğal olunmuş ərazilərin azad edilməsi və qaçqınların öz doğma torpaqlarına qayıtmasını tələb edən qətnamələrin qəbul edilməsində Azərbaycanın mövqeyini dəstəkləməsi beynəlxalq siyasətdə əhəmiyyət kəsb edən amillərdəndir və islam aləmində, o cümlədən, ərəb dövlətlərində ictimai rəyin formalaşmasına güclü təsir göstərir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin mart ayının 30-da qurulmuşdur. Yüksək səviyyədə qarşılıqlı səfərlər bu əlaqələrin inkişafında mühüm rol oynayır. Bu günlərdə İraq Respublikası Prezidentinin ölkəmizə səfəri çərçivəsində bir sıra mühüm sənədlər imzalanmış, hər iki ölkə rəhbərinin təkbətək və geniş tərkibdə görüşləri olmuşdur. Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid mətbuata bəyanatlarla çıxış ediblər. Cənab Preizdent İlham Əliyev İraq Respublikası Prezidentinin Ermənistana da səfər edəcəyini qeyd edərək bildirmişdir ki, “1990-cı illərin əvvəlində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndi, etnik təmizləmə siyasəti həyata keçirdi ki, bu da bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulması ilə nəticələndi.” Ermənistanın Azərbaycan torpaqlarını həmişəlik işğal altında saxlamaq istəyində olduğunu diqqətə çatdıran ölkə başçısı qeyd etmişdir ki, mandatı işğala son qoymaq üçün həll yolu tapmaqdan ibarət olan ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi.” Fransanın Ermənstanı sürükləmək istədyi münaqişənin son nətcədə Ermənstana ziyan vuracağını bldrən cənab Prezident lham Əliyev demişdir: “Yenə də bunun səbəbinin onlara pis məsləhətlərin, xüsusilə Fransadan pis məsləhətlərin verilməsinin olduğunu düşünürəm. Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə.”” Azərbaycanla İraq Respublikası arasındakı ikitərəfli əlaqələrin inkişafına böyük önəm verən ölkəmizin başçsı bildirmişdir ki, müdafiə sənayesi və turizm sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilmiş, bir sıra sənədlər imzalanmışdır. İraqın müxtəlif şəhərlərinə aviareyslərin təşkili bu sahədə əməkdaşlıq imkanlarını genişləndirəcəkdir: ““Biz müdafiə sənayesi, turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik. Artıq bizə bu gün nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə məlumat verildi ki, iki paytaxt arasında birinci birbaşa uçuş baş tutub. Növbəti həftələrdə bizim Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərimiz olacaq. Biz hər iki istiqamətdə çox sayda turistlərin səyahət edəcəyini gözləyirik. Əlbəttə ki, biz vizaların verilməsi prosesini sadələşdirmək üçün növbəti hansı addımların atılmasını da müzakirə etdik. Əminəm ki, səfərin nəticələri çox yaxşı olacaq. Biz bir daha ölkələrimiz arasında dostluq münasibətlərinin olduğunu təsdiq etdik. Dialoqumuzun davam etdirilməsi əminəm ki, yeni yaxşı nəticələrə gətirib çıxaracaq və bizim əməkdaşlıq güclənəcək. “ Bəxtiyar Mustafayev, YAP Mingəçevir şəhər təşkilatının sədri Geri dön |