Ana Sayfa > Ölkə > Qubadlıda pulemyot tapıldı
Qubadlıda pulemyot tapıldı28-11-2023, 09:34. Yazar: sevinc1 |
![]() Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan aia.az-a verilən məlumata görə, keçirilən növbəti tədbir zamanı rayonun Aşağı Xocamusaqlı kəndi ərazisində 2 qumbaraatan, 1 pulemyot və xeyli sayda müxtəlif çaplı patronlar aşkar olunaraq müvafiq qaydada götürülüb. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |