Ana Sayfa > Qərbi Azərbaycan > Sumqayıt Tibb Mərkəzi bir ayda 440 minə yaxın tibbi xidmət göstərib
Sumqayıt Tibb Mərkəzi bir ayda 440 minə yaxın tibbi xidmət göstərib27-11-2023, 18:19. Yazar: sevinc1 |
Sumqayıt Tibb Mərkəzində oktyabr ayı ərzində 440 minə yaxın tibbi xidmət göstərilib. aia.az xəbər verir ki, TƏBİB-in tabeliyində olan Sumqayıt Tibb Mərkəzi (STM) 2023-cü ilin oktyabr ayı ərzində şəhər əhalisinə göstərilən xidmətlərin statistikasını açıqlayıb. STM-nin tabeliyində olan tibb müəssisələrinə oktyabr ayı ərzində əhali tərəfindən 139 min 201 müraciət qeydə alınıb. Bu müraciətlərdən 136 min 20 ambulator, 3 min 181 isə stasionar müraciətlərdir. Xidmətlərə gəldikdə, bu müddət ərzində əhaliyə 439 min 306 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 343 min 707 ambulator, 95 min 599 isə stasionardır. Qeyd edək ki, tibb müəssisəsinə müraciət edən hər bir ölkə vətəndaşı icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər. Geri dön |