Ana Sayfa > Gündəm > Yeni tikililərdən mənzil alanlara
Yeni tikililərdən mənzil alanlara27-11-2023, 16:35. Yazar: sevinc1 |
Baş Prokurorluq tikintisi davam etdirilən və ya istismarına icazə verilməmiş çoxmənzilli binalardan mənzil alan vətəndaşlara xəbərdarlıq edib. Bu barədə aia.az-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, vətəndaşlar gələcəkdə ehtimal olunan qanunpozuntuları ilə rastlaşmamaq və ya cinayətin qurbanı olmamaq üçün tikinti şirkətindən aşağıda qeyd olunan sənədləri tələb edib nəzərdən keçirməlidir: - Binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət - İcarə və ya istifadə hüququnu təsdiq edən sənəd - Müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə - Müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı - İstismara qəbul aktı (qarşı tərəf binanın istismara verildiyini bildirdiyi halda) - Alqı-satqı prosesində iştirak edəcək tikinti şirkətinin vəzifəli şəxsinin şəxsiyyətini, vəzifəsini, habelə mənzil satışını həyata keçirmək səlahiyyətinə malik olmasını təsdiq edən sənədlər - Mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) - Tikinti prosesi mərhələsindən asılı olaraq yaşayış binası və mənzilə dair digər sənədlər - Kommersiya sirri təşkil edən məlumatlar istisna olmaqla nizamnamə və digər təsis sənədləri. Qeyd edək ki, Baş Prokurorluq bununla bağlı bir neçə gün öncə də xəbərdarlıq etmişdi. aia.az Geri dön |