Ana Sayfa > Özəl > BİR QAYIĞAM, TUFANLARIN İÇİNDƏ
BİR QAYIĞAM, TUFANLARIN İÇİNDƏ26-11-2023, 14:30. Yazar: sevinc1 |
Bu gecə Sən gələydin qaranlığı yararaq , Qovuşaydı can ilə can, bu gecə. Ulduzları çağıraydıq otağa Olaydılar eşqə heyran, bu gecə. Suya dönüb irmaqlara axaydıq, Qoşa durub ulduzlara baxaydıq. Qaranlıqda şimşək kimi çaxaydıq, Dayanaydı burda zaman, bu gecə. Dindirəydin ürəyimin sazını, Qaytaraydın mənə ömrün yazını. Oxşadıqca sən bu dağlar qızını, Mən olaydım dərin ümman, bu gecə. Qara gözün qaranlığa nur saça, Pəncərəmdə çiçəklərim dil aça. Aralayıb tül pərdən astaca Çağıraydıq Ayı mehman, bu gecə. Od alaydı kül altından közümüz, İsinəydik bu ocaqda özümüz. Uzanaydı söhbətimiz, sözümüz, Yox olaydı acı hicran, bu gecə. Çin olaydı Zərifənin röyası, Coşub daşsın, sevgi adlı dəryası. Nur saçaydı sevənlərin dünyası, Yazılaydı belə fərman, bu gecə. İÇİNDƏ Atkadaşım, adam hüzur tapırmış, Doğru, dürüst qananların içində. Kül altında közə dönmək gözəlmiş, Eşq oduna yananların içində. Bilməzliyəm, aran nədi , dağ nədi , Xəzan nədi , bağça nədi , bağ nədi? Tapammıram sol hardadır, sağ nədir, Yol gəzirəm dumanların icində Günlər ötür, ay dolanır , il kecir , İndi susuz qobulardan sel keçir. Fələk mənə həsrətimdən don bicir Əriyirəm gümanların icində. Biri deyir gözəllərin gözüsən , Biri deyir ocağımın közüsən Biri deyir lap Nigarın özüsən. Vurnuxuram, yalanların içində. Qələm götür, gəl dərdimi yaz, şair, Deməsinlər qız eyləyir naz, şair. Olammadıq eşq dəllalı biz, şair, Təntiyirik ilanların içində İstəyirsən sətir-sətir söz olum, Elə yanım, ocağında köz olum. Kül altından eşqimizə göz olum, Olmazların olanların içində. Sən arifsən, bu Zərrini duy bir az, Kömək eylə, nəfəs dərim qoy bir az. Söylə fələk versin mənə hay bir az Bir qayığam, tufanların içində. Bu məhəbbətin Bəlkə sən gecikdin , ya mən tələsdim , Bilmədim sonu nə bu məhəbbətin Yüyürdük, yıxıldıq, durduq ayağa, Çatmadıq sonuna bu məhəbbətin. Bizim butamızı Tanrı verəcək, Bir az da eşqdən anrı verəcək. Söylə, şəhla gözlüm, haçan girəcək, Qılıncı qınına, bu məhəbbətin. Mən padşah olsaydım, fərman verərdim, Sevgini dərdlərə dərman verərdim. Bu qalan ömrümü qurban verərdim, Tək bircə anına, bu məhəbbətin. Gözündən könlümə axdı bu sevda, Onda can evimi yıxdı bu sevda. Demə ki qəlbimdə yoxdu bu sevda, Yayılsın canına bu məhəbbətin. Açdıq gözümüzü, daşdı yolları, Qəlbimiz nə qədər aşdı yoları. Bəzən ayağımız çaşdı yolları Döndük tərs yönünə bu məhəbbətin. Sevgiylə yaşadıq dünyanı hər gün, Bəzən sona çatdı bax, birtəhər gün. Batdı əlimizə tikanı bir gün, Bələndik qanına bu məhəbbətin. Hay salıb qışqırır, Zərifə Zərri, Uymur hər yalana, tərifə Zərri Qoşdurmaz heç zaman lətifə, Zərri Adına, sanına bu məhəbbətin. Bala Göygölə Dostum, yolun düşsə bu tərəflərə Bir qonaq olarsan Bala Göygölə. Güllər çələng hörüb, dağlar silsilə, Qayalar qurubdu qala, Göygölə. Marallıdan Buğda dağı görünər, Duman, çiskin ayağına sürünər. Uzun güney al-yaşıla bürünər, Bəzəkdi, çələngdi lala, Göygölə. Ağ yoxuşdan Canəhmədə yol eylə, Yoldaş götür, şirin sözü bol eylə. Bəzirgandan Nalqırana əl eylə, En sazını çala, çala Göygölə. Çənlibeldə ayaq saxla, bir dayan, Başdan başa bura sirdi, sirr, dayan. Köhlən atı Ağyoxuşa sür, dayan, Yağış yağsın tala, tala, Göygölə. Qatarqaya qatarlanıb baxdımı, Başın üstə ildırımlar çaxdımı? Tatın yalı deyilən yer yoxdumu, Ordan boylan sağa, sola, Göygölə. Həsənnənə, Həsənbaba oymağım, Ola bilməz bulaqlardan doymağım. Burda olar beçə balım, qaymağım, Kim ki əgər ayaq sala Göygölə. Süfrəni aç bulaqların başında, Qaya var ki, Adəm, Həvva yaşında. Heç unutma, bunu saxla huşunda, Yolu düşən gələr hala, Göygölə. Nalqıranda neçə nallar qırılıb, Koroğluda neçə igid yorulub. Bəzirgandan axan sular durulub. Toxtayıbdı dola-dola Göygölə. Qulançarı, qantəpəri dər də, get, Bənövşəni kol dibinə sər də, get. Dərman olur orda minbir dərdə, get. Get, qonaq ol təzə bala, Göygölə. Daşkəsəndən astaca en Şəmkirə, Görəcəksən göz oxşayan mənzərə. Gül-çiçəkli bir xalıdır hər dərə, Gərək hər kəs bir iz sala, Göygölə. De, Zərifə unudarmı dağları, Bir nəğmədir ömrün ötən çağları. Bir də gördün yada salıb bağları, Gün çıxmamış düşdü yola- Göygölə. Zərifə Zərri Geri dön |