Ana Sayfa > Seçki 2024 > “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi antinarkomaniya mübarizəsi çərçivəsində “Həyatına dəyər ver” adlı maarifləndirmə tədbiri keçirdi

“Gənclərin Anti-Narkomaniya” ictimai birliyi antinarkomaniya mübarizəsi çərçivəsində “Həyatına dəyər ver” adlı maarifləndirmə tədbiri keçirdi


24-11-2023, 13:14. Yazar: sevinc1
“Gənclərin Anti-Narkomaniya” ictimai birliyi antinarkomaniya mübarizəsi çərçivəsində “Həyatına dəyər ver” adlı maarifləndirmə tədbiri keçirdi

Azərbaycan Turizm və Menecment Universitetində “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin antinarkomaniya mübarizəsi çərçivəsində hazırladığı “Həyatına dəyər ver” adlı sosial çarxın da nümayişi keçirilib. Tədbirdə Universitetin rektoru, millət vəkilləri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyəsinə qarşı Dövlət Komissiyasının, Dövlət Gömrük Komitəsinin, Ombudsman aparatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edib.

Təşkilat sədri Büllur Məmmədova iştirakçılara tədbirin mahiyyəti və məqsədləri barədə məlumat verəndən sonra “Həyatına dəyər ver” sosial çarxına baxış olub.

Bundan sonar dövlət qurumlarının təmsilçiləri, millət vəkilləri narkomaniya ilə mübarizədə əldə olunan nailiyyətlər, qarşıya çıxan problemlər, bu sahədə gənclərimizin verə biləcəkləri töhfəvəl, narkomaniya ilə mübarizədə milli-mənəvi dəyərlərin rolu barədə ətraflı danışıblar.

aia.az
Geri dön