Ana Sayfa > Özəl > Media: İsrail fələstinlilərə atəş açmaqla atəşkəs rejimini pozub

Media: İsrail fələstinlilərə atəş açmaqla atəşkəs rejimini pozub


24-11-2023, 12:36. Yazar: sevinc1
Media: İsrail fələstinlilərə atəş açmaqla atəşkəs rejimini pozub

Ərəb telekanalı “Al Mayadeen” öz mənbəsinə istinadən xəbər verir ki, İsrail Qəzza zolağında atəşkəs başlayandan qısa müddət sonra onu pozub. News.ru

Onun sözlərinə görə, şəhər sakinləri anklavda humanitar atəşkəs qüvvəyə mindikdən sonra dağıntıların miqyasını qiymətləndirmək üçün küçələrə çıxıblar. Kanal bildirir ki, İsrail hərbçiləri onların məskunlaşdığı ərazidə yerləşən qüvvələrinə yaxınlaşarsa, silahdan istifadə etməklə hədələyib. Onların şəhərin bir bölgəsində fələstinlilərə atəş açdıqları iddia edilir. Ölən və yaralananlar barədə məlumat verilməyib. İsrail Müdafiə Qüvvələri ilə radikal Fələstinin HƏMAS hərəkatı arasında atəşkəs cümə günü yerli vaxtla saat 7.00-da (Moskva vaxtı ilə 8.00) qüvvəyə minib. Bununla belə, sazişin rəsmi qüvvəyə minməsindən təxminən 15 dəqiqə sonra Fələstin anklavı yaxınlığında yerləşən İsrail yaşayış məntəqələrinə hava hücumu sirenləri səslənib.

aia.az
Tərcümə şöbəsi
Geri dön