Ana Sayfa > Özəl > Kəlbəcər mədən sənayesinin inkişafında yeni mərhələnin başlanğıcına töhfə verəcək
Kəlbəcər mədən sənayesinin inkişafında yeni mərhələnin başlanğıcına töhfə verəcək24-11-2023, 09:59. Yazar: sevinc1 |
Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Azərbaycanın işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamı ilə yenidən qürur hissi yaşadıq. Ona görə ki, Sərəncamda da deyildiyi kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Ordumuzun əsgər və zabitlərinin canı, qanı bahasına İkinci Qarabağ müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycan xalqı əsrlər sonra da bu şanlı Zəfərin qürurunu yaşayacaq. Ərazilərimizin işğaldan azad olunduğu tarixlərlə qeyd etməyimiz isə bizim haqqımızdır. Ona görə ki, 30 ildə həmin o torpaqların işğalından yetərincə bəhs etmişik, kədərlənib-hiddətlənmişik, ağlayıb-sızlamışıq, köks ötürmüşük. Bu gün isə o şəhərlərin sevincini yaşamalı, bu şanlı tarixi günləri tariximizin ön səhifələrinə yazmalıyıq. Dövlətimizin başçısı cənab İlham Əliyevin 17 oktyabr tarixdə xalqımıza müraciətindən: “Mən bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu münasibətlə əziz füzulililəri ürəkdən təbrik edirəm. Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik. Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi”. Ərazi baxımından Kəlbəcər bizim ən böyük rayonlarımızdan biridir. Rayon ərazisində sənaye əhəmiyyətli qızıl, civə, tuf, gil, perlit, üzlük daş, qum-çınqıl qarışığı, mərmər, nefroid, obsidian (dəvə gözü), listvenit yataqları var. Kəlbəcər rayonunda Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da yerləşir. Qeyd edək ki, Kəlbəcərin işğaldan azad edilməsi ilə Azərbaycanda balneoloji turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq. İşğal altında qaldığı müddət ərzində aparılan qanunsuz istismarın miqyasının dəqiq uçotu aparılaraq, işğalçı Ermənistan tərəfi beynəlxalq hüququn tələblərinə uyğun olaraq vurulmuş ziyanın ödəməyə məcbur ediləcək. 44 günlük Vətən müharibəsi bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan zəfər çalmış ölkədir. Xalqımız düşmənin etdiyi cinayətləri, vandallığı, terrorları heç bir zaman unutmayacaq. Torpaqlarımızda törətdikləri vəhşi hərəkətlər yaddaşlarda qalacaq. Bütün bu baş verənlər videogörüntülərlə dünyaya göstərilir və ermənilərin nə cür irticaçı, qaniçən, azğın olduqlarını sübut edən faktlar var. Düşmən əməllərinə görə cavab verməlidir. Onların cinayətlərinə və vəhşiliklərinə göz yummaq olmaz. Onlar əməllərinin cavabını veməlidirlər. Bunun üçün dövlətimiz, bütün siyasi qurumlar beynəlxalq qurumlara müraciətlər ünvanlayır, bəyanatlar verirlər ki, düşmənin etdiklərinə siyasi qiymət verilsin, cəza kəsilsin. Kəlbəcər Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir.Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır! Fərid Mustafayev YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini Geri dön |