Ana Sayfa > Özəl > Azərbaycan-İraq arasında dostluq münasibətləri əməkdaşlığın inkişafına və güclənməsinə töhfə vercək

Azərbaycan-İraq arasında dostluq münasibətləri əməkdaşlığın inkişafına və güclənməsinə töhfə vercək


23-11-2023, 09:46. Yazar: sevinc1
Azərbaycan-İraq arasında dostluq münasibətləri əməkdaşlığın inkişafına və güclənməsinə töhfə vercək

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət Azərbaycanın dünya birliyindəki nüfuzunu getdikcə artırır. Ən əsası da, Ermənistan üzərindəki tarixi Qələbəmizdən sonra Azərbaycanın dünya miqyasındakı mövqeyi daha da möhkəmlənmiş, reytinqi yüksəlmişdir. Ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı son illər xeyli artıb. Cari ilin 20 noyabr tarixində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə səfəri Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun daha bir göstəricisidir. Bu, qeyd edək ki, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin ölkəmizə ilk rəsmi səfəridir. Bu səfər Azərbaycan-İraq arasında dostluq münasibətlərinin daha da güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq.
İraq və Azərbaycan BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında və digər nüfuzlu beynəlxalq qurumların tədbirlərində daim həmrəylik nümayiş etdirir. Azərbaycan Prezidenti cənab İlham Əliyev görüş zamanı Ermənistan – Azərbaycan münasibətlərinin hazırki vəziyyəti, ümumiyyətlə, 1990-cı ildən bəri baş verənlər barəsində məlumat verdi. Bu da ondan irəli gəlirdi ki, İraq Prezidenti ölkəmizə səfərini başa vurduqdan sonra Ermənistana səfər edəcəkdi. Məhz buna görə də o, əsl həqiqətləri bilməli idi. İraq Prezidentinin diqqətinə çatdırıldı ki, keçən əsrin 90-cı illərinin əvvəlində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı. Nəhayət, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndi və etnik təmizləmə siyasəti həyata keçirildi. 1 milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulması dünya ictimaiyyətinə də bəllidir. Beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun vasitəçilik səylərinə baxmayaraq, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən ordusunu çıxarmadı. Amma ölkəmiz bu işğalla barışa bilməzdi. Nəticədə, 2020-ci ildə Ermənistanın 30 illik işğalına son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü təmin edildi.
Görüş zamanı Qarabağdakı qeyri-qanuni rejimin süquta uğramasından da söhbət açılıb. Nəhayət, Azərbaycan öz suverenliyini bərpa edib. Bu gün işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycan Bayrağı dalğalanır: “Buna baxmayaraq, Qərbin və Avropann bir sıra ölkələrinin, xüsusilə Fransanın beynəlxalq hüquqa zidd hərəkətləri Cənubi Qafqazda yeni münaqişə ocaqlarının alovlanması ehtimalını yaradır. Ölkəmizin başçısı bu məsələ barəsində də məlumat verərək dedi ki, Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Ermənistan hökuməti qisas haqqında düşünür. Bununla bağlı, Fransa hökumətindən gələn yanlış mesajlar Ermənistan hökumətində və ola bilsin, ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Qeyd edək ki, Fransanın müstəmləkəçi olması artıq beynəlxalq ictimaiyyətə də bəllidir. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən “Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişafı” mövzusunda konfransın iştirakçlarına ünvanlanmış müraciətində dövlətimizin başçısı bildirmişdir ki, Fransa digər ölkələrdə etnik təmizləmə siyasəti həyata keçirir. Dövlətimizin başçısı İlham Əliyev tədbiri yüksək qiymətləndirərək belə müzakirələrin kolonializmə qarşı mübarizəni daha da dəstəkləyəcəyini vurğulayıb. Onu da qeyd edək ki, Fransa öz müstəmləkəçilik tarixinə görə üzr istəməlidir. Afrikadan qovulan Fransa indi də Cənubi Qafqaza göz dikib və çirkin niyyətini Ermənistanı silahlandırmaqla həyata keçirmək istəyir. İraq Prezidenti ilə görüşündə Azərbaycanın qəti mövqeyini bir daha ortaya qoyub. “Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Azərbaycan sülhə hazırdır. Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq”.
Baş tutan görüşdə ölkələr arasında imzalanmış sənədlər Azərbaycan-İraq əməkdaşlğının daha da möhkəmləndirilməsindən, əlaqələrin genişləndirilməsindən xəbər verir.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Geri dön