Ana Sayfa > Özəl > Slovakiyada Ukrayna ilə sərhəddə keçid məntəqəsi müvəqqəti olaraq blokdan çıxarılıb

Slovakiyada Ukrayna ilə sərhəddə keçid məntəqəsi müvəqqəti olaraq blokdan çıxarılıb


22-11-2023, 12:45. Yazar: sevinc1
Slovakiyada Ukrayna ilə sərhəddə keçid məntəqəsi müvəqqəti olaraq blokdan çıxarılıb

Slovakiya yükdaşıyıcıları Ukrayna ilə sərhəddə yerləşən Vysne Nemecke - Ujqorod keçid məntəqəsinin blokunu müvəqqəti olaraq açıb. Bu barədə Ukrayna mətbuatına müsahibəsində Ukrayna Dövlət Sərhəd Xidmətinin rəsmi spikeri Andrey Demçenko məlumat verib.
"Slovakiya Respublikasının sərhəd polisinin nümayəndələri ilə qarşılıqlı əlaqə zamanı Vysne Nemecke keçid məntəqəsində yük maşınları üçün blokun müvəqqəti olaraq götürülməsi barədə məlumat daxil olub", - Demçenko bildirib.

O, keçid məntəqəsinin nə qədər fəaliyyət göstərəcəyini açıqlamayıb və qeyd edib ki, Ukrayna istiqamətində bu keçid məntəqəsində 350-yə yaxın yük maşını növbə çəkir.

Bundan əvvəl Slovakiyada, Ukrayna ilə sərhəddə naməlum şəxslər yük maşınlarının hərəkətini kəsiblər. Qeyd olunur ki, Vışne Nemetskoe - Ujqorod keçid məntəqəsinin yanında yük maşınları üçün keçid bağlanıb. Eyni zamanda, Bratislava Kiyevə sərhədin mümkün blokadası, həmçinin Slovakiya daşıyıcılarının Polşa yük maşınları ilə onların etirazına qoşulması barədə rəsmi məlumat verməyib.

aia.az
Tərcümə şöbəsi

Geri dön