Ana Sayfa > Özəl > Ukrayna hakimiyyəti Xerson vilayətində zavoda ziyan dəydiyini açıqlayıb

Ukrayna hakimiyyəti Xerson vilayətində zavoda ziyan dəydiyini açıqlayıb


22-11-2023, 12:35. Yazar: sevinc1
Ukrayna hakimiyyəti Xerson vilayətində zavoda ziyan dəydiyini açıqlayıb


Zavod Xerson vilayətinin Ukrayna hakimiyyətinin nəzarətində olan hissəsində zədələnib. Bu barədə Kiyev tərəfindən təyin edilmiş regional hərbi administrasiyanın rəhbəri Aleksandr Prokudin özünün Telegram kanalında məlumat verib.O, zavodun Berislavski rayonunda yerləşdiyinə aydınlıq gətirib.

Gecə saatlarında Xerson vilayətinin Ukraynanın nəzarətində olan ərazilərində hava hücumu xəbərdarlığı elan edilib, o, iki saata yaxın davam edib. Noyabrın 22-nə keçən gecə Ukraynanın Jitomir vilayətində partlayışlar baş verib.

Noyabrın 14-də Aleksandr Prokudin Xerson və Berislav şəhərində ticarət limanına və zavod ərazisinə ziyan dəydiyini bildirib.Krım körpüsündə baş verən terror aktından iki gün sonra, 2022-ci il oktyabrın 10-da Silahlı Qüvvələr Ukrayna infrastrukturuna zərbələr endirməyə başlayıb. O vaxtdan bəri hər gün Ukraynanın müxtəlif bölgələrində, tez-tez ölkə daxilində hava hücumu xəbərdarlığı elan edilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, energetika, müdafiə sənayesi, hərbi komandanlıq və rabitə sahələrindəki hədəflərə hücumlar həyata keçirilir.


aia.az
Tərcümə şöbəsi
Geri dön