Ana Sayfa > Özəl > Yeni Azərbaycan Partiyası
Yeni Azərbaycan Partiyası22-11-2023, 12:01. Yazar: sevinc1 |
Əsası 1992-ci il 21 noyabrda yetişmiş siyasi vəziyyətin məntiqi yekunu olaraq qoyulan Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaransa da,1993-cü ildə partiyanın sədri Heydər Əliyevin prezident seçilməsi və 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməsi ilə Azərbaycanda iqtidar partiyasına çevrildi. Artıq 31 ildir ki, öz siyasi fəaliyyətini layiqincə sürdürən Yap-ın əsasını müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tərəfindən qoyulmuş, hal-hazırda möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə fəaliyyətini davam etdirməkdədir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə öz işlərində və atdığı addımlarında seçilən YAP-digər siyasi partiyalara həm siyasi, həm ideoloji, həm də həyatı dərs verməklə yaxşı mənada bütün Azərbaycanın diqqətini çəkməyi bacarmışdır. Və bir çox siyasi partiyalar öz müstəqil fəaliyyətini dayandırmış, YAP-la birləşmişdir. Bu addımlar YAP-in məqsəd və məramının qətiyyətli şəkildə reallıqda əks olunan mütərəqqi və əvəzsiz olduğunun bir sübütu olaraq özünü təsdiqləmişdi. Öz qətiyyətli və inamli addımlarını bu günə qədər atan YAP-in artıq əhatə dairəsi həm düşüncələrdə, həm faktiki saylarının çoxluğunda özünü göstərir. Çünki, xalqın arzu və istəklərinin təcəssümü olaraq yaranan bu partiyanın əsas ideyası xalqa, millətə dayanmadan, təmannasız xidmət etmək, Azərbaycan dövlətini, dövlətçiliyini qorumaq, torpaqlarımızın bütövlüyünü bərpa edərək sərhədlərinin toxunulmazlığını hər tərəfli təmin etmək, bir sözlə, Azərbaycan xalqı ilə bütövləşən Azərbaycan dövlətini var etməkdir. Belə bir müqəddəs amalı, məqsədi anlayan hər bir azərbaycanlı Heydər Əliyevin siyası irsinin davamçısı kimi bu müqəddəs missiyanı sevərək boynuna götürmüş və fəxrlə YAP-in sıralarına qoşulmuşdur. Bu gün artıq müstəqil və bütövləşən Azərbaycanın hər bir övladı, vətəndaşı anlayır ki, firavanlıq yolu yumruq kimi birləşib, bir ideya ətrafında sıxlaşıb, bir bayraq altında 10 milyon bədəndə bir ürək olmaqdır. Ki, bunun da gerçəkləşməsi üçün yorulmadan, dayanmadan fəaliyyət göstərən, xalqını daim yeniləşdirən, yeniliyə aparan qədim tarixli Azərbaycanın yeni Azərbaycan partiyasıdır. Öz əməli fəaliyyətində bütün mütərəqqi cəhətləri, peşəkarlığı, sağlam rəqabəti, müasirliyi, innovasiyaları elmi cəhətdən əks etdirən bu partiya və onun təmsilçiləri sərgilədikləri örnək mədəni davranışları ilə Azərbaycan gəncliyini məntiqli və düşünülmüş şəkildə gələcəyin dəmir yumruqlu, yüksək intellektual düşüncəli, mədəni bir obrazı kimi yetişdirir. Bu gün bir müstəqil dövlət kimi Azərbaycanın bütün inkişaf sahələrində atdığı ən möhtəşəm imzalar məhz Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev və onun ətrafında bu partiya sıralarında yer tutan partiya üzvlərinin zəhmətinin bəhrəsi, əməyinin sayəsindədir. Bütün xalqın xoşbəxliyini, dövlətinin gələcəyini əsas ideyasi kimi görən Yeni Azərbaycan Partiyası bu günə qədər təqdirəlayiq fəaliyyəti ilə həmişə seçilib və bundan sonra da bu missiyasını davam etdirmək üçün bütün gücünü sevə-sevə, yorulmadan yenə də sərf edəcəkdir. Biz də bu ağır, şərəfli, çətin yolda Azərbaycanımızı təmsil edən, keçmişindən qopmadan yeniliyə, gələcəyə çoşqulu, həyəcanlı, enerjili irəliləyən Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə və onun üzvlərinə uğurlar arzulayırıq. Biz də həmişə sizinləyik deyirik. YAP Zəngilan rayon təşkilatının fəal üzvü Simuzər Quliyeva Geri dön |