Ana Sayfa > Özəl > Ümumxalq partiyası
Ümumxalq partiyası22-11-2023, 11:42. Yazar: sevinc1 |
SSRİ-nin və Kommunist Partiyasının süqutundan sonra , Azərbaycanın ictimai-siyasi həyatında böhran yaşanırdı.Yeni müstəqillik əldə etmiş digər ölkələr kimi Azərbaycandada müxtəlif partiyalar yaranmağa başladı.Lakin bu partiyaların heç biri ölkədə baş verən ağır iqtisadi –siyasi böhrana tab gətirə bilmirdi.Bunu görən Azərbaycan ziyalıları yeni partiya yaratmaq qərarına gəldi.Bu ziyalılar yeni partiyaya Azərbaycanın müdrik oğlu Heydər Əliyevin başçılıq etməyini qərara aldilar və onun ətrafında bırləşdilər. Azərbaycan ziyalıları Naxçıvana getdilər və orada Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirtdilər . Beləliklədə 1992-ci il noyabrın 21-də Heydər Əliyevində iştirakı ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi.Prtiyanın proqram və Nizamnaməsi quruldu, Heydər Əliyev partiyanın sədri elan edildi. Bununla da Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.1992-ci il 18 dekabrda Ədliyyə Nazirliyində qeydiyyata alındı. 1993-cü il oktyabrın 3-də YAP-ın Sədri Heydər Əliyev prezident seçildi.Partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Azərbaycanın siyasi həyatındakı çətinliklər geridə qaldı 2005-ci ildə İlham Əliyev YAP-ın sədiri seçildi. Bununlada partiyanın siyasi həyatında tutduğu mövqe daha da möhkəmləndi.YAP-ın keçdiyi yol uzun və şərəfli bir yol oldu. Bu yol Azərbaycan dövlətinin qurulması yolu idi və bu yolu partiya şərəflə keçdi.Yeni Azərbaycan Partiyasının ən böyük uğurlarından biri partiyanın cəmiyyətin bütün təbəqələrinin maraqlarını ifadə edən siyasət yürütməsidir.Hər zaman ədalət nümayiş etdirən YAP bu gün ölkədə özünə qarşı rəqib tanımır. Yeni Azərbaycan Partiyasının nüfuzu gündən-günə artır.Artiq YAP Cənubi Qafqazın ən böyük siyasi partiyalarından biridir. Bu gün sevinclə deyə bilərik ki,dahi liderimiz Heydər Əliyevin qurucusu olduğu partiyanın ideyaları və siyasi irs Prezident, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən sədaqətlə, daha müvəffəqiyyətlə həyata keçirilir. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyası haqqında belə demişdir. "Yeni Azərbaycan Partiyası dünənin, bugünün, gələcəyin partiyasıdır". Biz buna hər zaman inanmışıq və inanırıq ki, YAP fəaliyyəti dövründə hər zaman Azərbaycanın inkişafına xidmət edəcək. Lalə Qafarova Geri dön |