Ana Sayfa > Manşet / İdman > De Byazi Azərbaycan millisindən ayrıldı -

De Byazi Azərbaycan millisindən ayrıldı -


22-11-2023, 11:34. Yazar: sevinc1
De Byazi Azərbaycan millisindən ayrıldı -

Canni De Byazi Azərbaycan yığmasını tərk edib.

aia.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev açıqlayıb.

***

10:48

AFFA İcraiyyə Komitəsinin (İK) fövqəladə iclas keçirilir.

aia.az xəbər verir ki, Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi milli assosiasiyanın inzibati binasında təşkil olunan yığıncağı erkən tərk edib.

İtaliyalı mütəxəssis toplantıda cəmi 10 dəqiqə qalıb.

Bundan başqa, İK üzvlərindən Fərid Mansurov, Elxan Məmmədov, Mahir Məmmədov və Elmar Məmmədyarov toplantıda iştirak etmirlər.

Qeyd edək ki, iclasın gündəliyinə Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırılıb-artırılmama məsələsi daxil edilib.

***

09:48

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.

aia.az xəbər verir ki, saat 10:00-da AFFA-nın inzibatı binasında başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələ daxil olunub:

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırılıb-artırılmama məsələsi müzakirə olunacaq.

aia.az
Geri dön