Ana Sayfa > Dünya > Türkiyə daxili işlər naziri axtarışda olan minlərlə şəxsin saxlanıldığını açıqladı
Türkiyə daxili işlər naziri axtarışda olan minlərlə şəxsin saxlanıldığını açıqladı22-11-2023, 11:23. Yazar: sevinc1 |
“81 bölgədə axtarışda olan şəxslərə qarşı həyata keçirilən “Çember-6 əməliyyatları” zamanı axtarışa verilən 2 min 136 nəfər tutulub”. Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya açıqlama verib. Ali Yerlikayanın sözlərinə görə, saxlanılan şəxslərdən 6-sı 10 ildən artıqdır axtarılır. 11 nəfər beş ildən 10 ilədək axtarışda olub. 2 119 nəfər isə beş ilədək müddətdir axtarışa verilib. aia.az Geri dön |