Ana Sayfa > Dünya > Türkiyənin ən yaraşıqlı aktyoru vəfat etdi
Türkiyənin ən yaraşıqlı aktyoru vəfat etdi16-09-2016, 11:03. Yazar: admin |
Məşhur türk aktyor Tarık Akan səhər saatlarında vəfat edib. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda məlumatı Nazim Hikmət adına Kültür və Sənət Vəqfi yayıb. 66 yaşlı aktyor bir müddətdir ki, ağciyər xərçəngindən əziyyət çəkirdi. Xatırladaq ki, əsl adı Tahsin Tarı Üregil olan aktyor 13 dekabr 1949-cu ildə anadan olub. İlk dəfə 1971-ci ildə “Solan bir yarpaq kimi” filmiylə kamera qarşısına keçib. Daha sonra aktyor “Yeşilçam”ın ən yaraşıqlı oyuncusu kimi məşhurlaşıb. “Mavi boncuk” , “Sev kardeşim” və “Hababam sınıfı” kimi filmlərdə canlandırdığı rollarla ilə türk filminin unudulmaz adlarından biri olub. 1990-cıillərdə “Koçum benim” serialı ilə yenidən izləyicilərin sevimlisi olan Tarık Akan 2002-ci ildə ilk kitabını yazıb. Aktyor karyerasında 111 film və 4 serialda yer alıb. 1982-ci ildə Kann Film Festivalında “Yol” filmi ilə ən yaxşı kişi oyuncu nominasiyasında namizəd olub. Daha sonra 1985-ci ildə isə Berlin Beynəlxalq Film Festivalında “Pansiyon” filmi ilə Gümüş Ayı Mansiyon Mükafatını qazanıb. Akan 1973-2002-ci illərdə 12 makafata layiq olub. Aktyorun oğlu Barış Zeki Eregül də hazırda atasının yolunu davam etdirir. [media=https://youtu.be/pkZSvRTQ-Dk] Geri dön |