Ana Sayfa > Ölkə / Parlament > Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 31-ci ildönümü münasibətilə YAP Gədəbəy rayon təşkilatının Gədəbəy Peşə Liseyi ərazi partiya təşkilatında tədbir keçirildi
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 31-ci ildönümü münasibətilə YAP Gədəbəy rayon təşkilatının Gədəbəy Peşə Liseyi ərazi partiya təşkilatında tədbir keçirildi21-11-2023, 16:18. Yazar: sevinc1 |
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 31-ci ildönümü münasibətilə YAP Gədəbəy rayon təşkilatının Gədəbəy Peşə Liseyi ərazi partiya təşkilatında tədbir keçirildi. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, 31 il müddətində hər zaman uğurlara imza atan YAP xalqın etimad etdiyi ünvana çevrilib. Cənubi Qafqazın ən avanqard siyasi təşkilatı olaraq YAP bu illər ərzində böyük yol qət edib. Müasir müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin başladığı missiyanı Prezident İlham Əliyev müasir idarəçilik prinsiplərinə söykənərək davam etdirməkdədir.Reallıq budur ki, əgər 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Ulu Öndər Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, vətəndaş müharibəsindən xilas etdi. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünən Ulu Öndər Heydər Əliyev bugünümüz üçün zəruri olan bazanın formalaşdırılmasına məhz həmin illərdə başlamışdır. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu işlərin davamlılığını yüksək səviyyədə təmin etdi, bugünkü güclü, qüdrətli, qalib Azərbaycanın möhkəm bünövrəsini yaratdı. Bunlarla yanaşı, Yeni Azərbaycan Partiyasının beynəlxalq siyasi partiya təşkilatlarında da müvəffəqiyyətlə təmsil olunması ölkəmizin milli maraqlarının regional və qlobal səviyyədə qorunması baxımından böyük önəm daşıyır. Rüstəm Nağıyev qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 44 gün ərzində 30 illik işğala son qoyması və nəticədə beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin və ərazi bütövlüyümüzün bərpa edilməsi məhz Yeni Azərbaycan Partiyasının qurucusu ulu öndər Heydər Əliyevin və böyük dühanın siyasi varisi möhtərəm Prezident cənab İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsidir. Bu gün üçrəngli Bayrağımız Şuşada, Xankəndində, Ağdərədə, Əsgəranda, Xocalıda və Xocavənddə, işğaldan azad edilmiş bütün torpaqlarımızda əzəmətlə dalğalanır. Tədbirdə çıxış edən Gədəbəy Peşə Liseyinin direktor əvəzi, Araz Ələkbərov bildirib ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan keşməkeşli yol keçib və ümumxalq partiyasına çevrilib. Azərbaycan xalqının Ümummilli Liderinin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyası həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb. Peşə Liseyi üzrə ƏPT sədri Amil Nəbiyev vurğulayıb ki, özündə yüksək intellektual potensialı birləşdirən Yeni Azərbaycan Partiyası sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Sonra Peşə Liseyi ƏPT üzvləri çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayıb. Ölkəmiz Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Yeni Azərbaycan Partiyasının sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək. Geri dön |