Ana Sayfa > Özəl > Cənubi Koreya KXDR-i yeni peyk buraxmamağa çağırıb
Cənubi Koreya KXDR-i yeni peyk buraxmamağa çağırıb21-11-2023, 11:31. Yazar: sevinc1 |
Cənubi Koreya hökuməti Koreya Xalq Demokratik Respublikasının rəhbərliyini yeni kəşfiyyat peykini buraxmamağa çağırıb. Bu barədə News1 xəbər agentliyi Cənubi Koreya Müdafiə Nazirliyinin rəsmisinə istinadən məlumat yayıb.“Biz əhalinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcəyik və Koreya Respublikası, ABŞ və Yaponiya arasında sıx əməkdaşlığa əsaslanaraq beynəlxalq ictimaiyyətlə birlikdə Şimali Koreyanın təxribatlarına qətiyyətlə cavab verəcəyik”, - deyə Cənubi Koreya Müdafiə Nazirliyi bildirib. Noyabrın 20-də Şimali Koreya Yaponiya Sahil Mühafizəsini noyabrın 22-dən dekabrın 1-dək hərbi peyk buraxmaq planları barədə xəbərdar edib. KXDR üç dəniz zonası üçün təhlükə barədə xəbərdarlıq edib: Şərqi Çin dənizi və Sarı dəniz, həmçinin Filippinin Luzon adasının şərqindəki sular.Bundan əvvəl Yaponiyanın baş naziri Fumio Kişida KXDR-in hərbi kəşfiyyat peyki ilə raket daşıyıcısının buraxılması planları ilə əlaqədar fövqəladə vəziyyətlərə tam hazır olmaq barədə göstəriş verib. aia.az Tərcümə şöbəsi Geri dön |