Ana Sayfa > Dünya / Karusel > "Azərbaycan sülh müqaviləsini imzalamağa hazırdır" -

"Azərbaycan sülh müqaviləsini imzalamağa hazırdır" -


20-11-2023, 15:37. Yazar: sevinc1
"Azərbaycan sülh müqaviləsini imzalamağa hazırdır" -

Azərbaycan sülh müqaviləsini imzalamağa hazırdır.

aia.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan rəhbərliyinin irəli sürdüyü "Qərbi Azərbaycan" konsepsiyası ilə bağlı bəyanatını şərh edərkən jurnalistlərlə söhbətində deyib: "Biz Azərbaycan rəhbərliyindən tamamilə fərqli bəyanatlar eşitmişik. Onlar sülh müqaviləsi imzalamağa hazırdırlar. Bu konkret bəyanatla bağlı heç nə deyə bilmərəm".

Xatırladaq ki, Paşinyan ATƏT PA-nın payız sessiyasının açılışındakı çıxışında deyib: "Azərbaycanda ən yüksək himayə ilə Ermənistanı Qərbi Azərbaycan adlandırılmağa başladı və bu anlayış məktəblərdə, universitetlərdə və dövlət mediasında tədris olunur. Bu, sülh prosesinin irəliləyişinə əsas maneələrdən biridir".

aia.az
Geri dön