Ana Sayfa > Təhsil > Təhsil krediti verilən tələbələrin
Təhsil krediti verilən tələbələrin20-11-2023, 14:57. Yazar: sevinc1 |
2023–2024-cü tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti (TTK) üçün müraciətlərin qəbulu prosesi davam edir. Bu barədə aia.az-a Elm və Təhsil Nazirliyindən bildirilib. Məlumata görə, təhsil krediti almaq istəyən tələbələr Təhsil Tələbə Krediti Fondunun 146 – 5 Çağrı Mərkəzinə zəng etməklə, eləcə də fondun www.e-ttkf.edu.az portalı, 051 206 78 48 “WhatsApp” nömrəsi və sosial şəbəkələrdəki səhifələri üzərindən müraciətlərini ünvanlaya bilərlər. Qeyd edək ki, bu günədək ümumilikdə 25 696 tələbənin müraciəti rəsmiləşdirilib. Kredit ayrılmış 9 301 nəfər sosial, 16 395 nəfər isə standart TTK-dan yararlanıb. Təhsil tələbə krediti verilən zaman girov və ya zaminlik tələb olunmur. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində, güzəşt və möhlət dövründə tələbədən kreditin qaytarılması tələb edilməməklə yanaşı, faizlər də hesablanmır. aia.az Geri dön |