Ana Sayfa > Qərbi Azərbaycan > Ürək xəstəliklərinin dərmanı tapıldı
Ürək xəstəliklərinin dərmanı tapıldı15-09-2016, 12:44. Yazar: admin |
Bu, NRG1 adlı zülal növüdür. ABŞ-da nəşr olunan "Cell" jurnalında dərc olunan məqalədə göstərilir ki, həkimlər siçanlar üzərində apardıqları bir tədqiqat zamanı infarkt keçirmiş siçanlara NRG1 adlı zülal verib. Nəticədə zülalın ürək əzələ sistemini və ürəyin fəaliyyətini yaxşılaşdırdığı ortaya çıxıb. Tədqiqatın rəhbəri Bernhard Kuhn zülalın insan ürəyinə də müsbət təsir göstərəcəyini düşünür. Lakin tam əmin olmaq üçün o, təcrübənin başqa canlılar üzərində aparılmasına ehtiyac olduğunu vurğulayıb. NRG1 adlı bu zülalın həmçinin ürək çatışmazlığı və ya anadangəlmə ürək problemi olan insanlar üzərində də müsbət təsiri olacağına ümüd edilir. Geri dön |