Ana Sayfa > Özəl / Seçki 2024 > YAP Saatlı rayon təşkilatı partiya fəalları və kənd aktivləri ilə görüş keçirib

YAP Saatlı rayon təşkilatı partiya fəalları və kənd aktivləri ilə görüş keçirib


17-11-2023, 15:48. Yazar: sevinc1
YAP Saatlı rayon təşkilatı partiya fəalları və kənd aktivləri ilə görüş keçirib

aia.az xəbər verir ki, 17 noyabr 2023-cü il tarixdə Əbil kənd ərazi partiya təşkilatında Partiya fəalları və kənd aktivləri ilə görüşü keçirilmişdir. Görüş zamanı çıxış edən Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev Yeni Azərbaycan Partiyasının VII qurultayından sonrakı dövrdə Partiyada aparılan islahatlar, görülən müsbət işlər və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət, müharibədən sonra aparılan məqsədyönlü işlər, işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı kimi məsələlərlə bağlı danışdı. Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə - modernləşmə mərhələsinə qədəm qoyub. Son illər ərzində Azərbaycanda baş verən iqtisadi inkişaf bu gün dünyada heyrətlə qarşılanır. Azərbaycanın iqtisadi potensialının artması nəticəsində ölkənin dünya birliyində mövqeləri güclənib, beynəlxalq siyasi-iqtisadi əlaqələri genişlənib.
Tədbirdə iştirak edən partiya fəalları və kənd sakinləri keçirilən görüşü yüksək qiymətləndirmiş, Əbil kəndində mövcud problemlərlə bağlı öz təkliflərini bildirmişlər.
Geri dön