Ana Sayfa > Özəl > Fələstin Qanunvericilik Şurasının sədr müavini Əhməd Bahar Qəzzada aldığı xəsarətlərdən dünyasını dəyişib
Fələstin Qanunvericilik Şurasının sədr müavini Əhməd Bahar Qəzzada aldığı xəsarətlərdən dünyasını dəyişib17-11-2023, 15:30. Yazar: sevinc1 |
Jurnalistlərin məlumatına görə, Bahar HƏMAS hərəkatının rəhbərliyinin üzvü olub. O, siyasi fəaliyyəti ilə yanaşı, Qəzza zolağının İslam Universitetində də dərs deyirdi. Nəşrdə spiker müavininin onun üçün ölümcül olan xəsarətləri harada və nə vaxt alması göstərilmir.Xatırladaq ki, dünən, noyabrın 16-da İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Herzi Halevi bəyan etmişdi ki, İsrail qoşunları Qəzza zolağının şimal bölgələrində bütün hərbi infrastrukturu məhv etməyə yaxındır. Onun sözlərinə görə, hazırda İDF döyüşçülərinin tamamlamaq üçün yalnız “bir şey” qalıb. İDF həmçinin bəyan edib ki, HƏMAS faktiki olaraq anklavın şimalında mütəşəkkil hərbi struktur kimi mövcudluğunu dayandırıb. aia.az Tərcümə şöbəsi Geri dön |