Ana Sayfa > Manşet / Gündəm > Türkiyədə Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə beynəlxalq təlim başlayır

Türkiyədə Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə beynəlxalq təlim başlayır


17-11-2023, 15:30. Yazar: sevinc1
Türkiyədə Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə beynəlxalq təlim başlayır

Türkiyədə Azərbaycanın dəniz xüsusi təyinatlılarının iştirak etdiyi “Doğu Akdeniz-2023” beynəlxalq təlimləri bu gün başlayır.

aia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Hərbi təlimlər Marmaris şəhərində keçiriləcək. Təlimlərə ümumilikdə 24 gəmi, 13 helikopter, 5 PUA, 20 F-16 təyyarəsi və digər texnikaların cəlb olunması planlaşdırılır.

Noyabrın 25-dək davam edəcək təlimlərdə bir neçə müttəfiq dövlət iştirak edir.


aia.az
Geri dön